Haqqımızda

FİTOTERAPİYA NƏDİR?

Fitoterapiya – yunan sözü olub, “ fito”– bitki , “terapiya “– müalicə  deməkditr.

Parafarmasevtikanın tərkib hissələrindən biri olan fitoterapiya insan organizminin yaxşılaşması və xəstəliklərin mülicəsində real effektiv üsuldur. Fitoterapiya müalicəsi zamani insan organizimində baş vərən xəstəliklərin müalicəsində dərmanlardan çox, bitkilərdən istifadə edilir ki, bu da müalicə üsulunun ən təhlükəsiz formasıdı. İlk çağlardan istifadə edilın və artiq müasir dovrümüzdə də müalicə üsullarindan biri kimi qəbul edilən fitoterapiya təzə və ya qurudulmuş bitkilərin, onlarin yaglarinin qariışığı vasıtəsilə hazırlanan dərmanlardan istifadə prosedurudur. Onları dərman kimi qəbul etmək, çay kimi içmək və ya masaj kimi tətbiq etmək də mümkündür. Fitoterapiyanın tarixinə nəzər salsaq, görərik ki, bu tip müalicə üsülü e.ə. 3000 ci illərə qədər gedib çıxır. Məlum olduğu kimi, kimyəvi-sintetik tərkibli dərmanlar müəyyən kimyəvi tərkiblərdən ibarətdir ki, bu da əksər hallarda orqanizmdə müxtəlif əlavə təsirlərin və allerqiyaların yaranmasına səbəb olur. Fitoterapiyada isə əks təsir deyə bir anlayış yoxdur və bədəndə də toksinlərin yığılması halı ilə əsla qarşılaşmaq mümkün deyil. Bu şərtlə ki, bu tip müalicə düzgün tətbiq edilməlidir. Yəni bu müalicə üsulunun tətbiq olunması zamanı hər orqanizmin xarakterik xüsusiyyəti və xəstəliklərin düzgün diaqnozu dəqiq müəyyən olunmalıdır. Fitoterapiyanın düzgün tətbiqi zamanı bitkilərlə müalicə aparılaraq, insanın imun sistemi gücləndirilir, ürək-damar, qan dövranı sistemlərinin işi normal hala gətirilir. Fitoterapoya zamanı qan qrupu, irsi xəstəlikləri, keçirilmiş xətəliklər də nəzərə alınmalıdır. Bundan əlavə bədənin hər hansısa bir maddəyə olan fərdi həssasləğına mütləq nəzarət etmək lazımdır. Buna görə də mütəxəsislərə müraciət etmək ən gözəl yoldur. Fitoterapiya bir daha sübut edir ki, əksər xəstəliklərin şəfa mənbəyi təbıətin özüdür… Bunun üçün sadəcə onların xüsusiyyətləri və təsirləri barədə məlümatlı olmaq gərəkdir. Fitoterapiya həm də sağlam həyat tərzidir. Düzgün həyat tərzinə malik olmaq və təbii mənşəli müalicə vasıtələri haqqında əhalini dəqiq maarifləndirmək məqsədi ilə yaradilan “Fitoterapevtlər” İctimai Birliyin də əsas niyyəti, yalnız bir müqəddəs amala xidmət etməkdir – İnsan sağlamlığını qorumağa xidmət etmək!